Rüfət Həsənov vəzifəsindən azad edildi

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

APA xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

“Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, R. Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

XƏBƏR LENTİ