Luis Rubiales İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. Rubiales bu barədə britaniyalı teleaparıcı Pirs Morqanın müəllif proqramında bildirib.
Avqustun 20-də İspaniya Qadınlararası Dünya Kubokunun finalında qalib gəldikdən sonra atlet Cennifer Hermosonu qucaqlayıb dodaqlarından öpdükdən sonra qalmaqalın mərkəzində olan Rubiales “Mən işləyə bilmirəm” deyib. Rubiales “yalançı feminizmin” qurbanı olduğunu və öpüşün konsensual olduğunu iddia edib. Hermoso bunu təkzib edib.
İstefa xəbəri yayıldıqdan sonra Rubiales hələ də günahını etiraf etmədiyini göstərən bir yazı dərc edib. “Mən öz şərəfimi qoruyacağam. Mən öz günahsızlığımı müdafiə edəcəm. Gələcəyə inamım var. Mən həqiqətə inanıram” deyə yazıb.