Gürcüstan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Gürcüstan Azərbaycanın Qarabağ bölgəsində 9 sentyabr 2023-cü ildə keçirilmiş qondarma “prezident seçkisi”ni tanımır.