Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.
Məsələ isə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, görüntülər dərhal araşdırılıb:
“Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib".
AYNA analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.