Azərbaycanda həbs edilən erməni futbolçular belə təhvil verilib - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etdiyi üçün avqustun 28-də 10 gün müddətinə inzibati qaydada həbs edilən 3 nəfər erməni əsilli futbolçunun bu gün  Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib.

Qeyd edək ki, azadlığa buraxılan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ