İsrailin Baş naziri Binyamin Netanyahu və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş baş tutub.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyinin eks səhifəsində bildirilib.
"Binyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub", - səfirliyin məlumatında qeyd olunub.