Hərbçiyə ağır xəsarət yetirən şəxs həbs edildi

Ağstafa rayonunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusuna xəsarət yetirən şəxs həbs edilib.

Hərbçi Orxan Əlizadəyə ağır xəsarət yetirən Baloğlan Bukvadze barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafanın Saloğlu qəsəbəsində küçədə B.Bukavadze ilə rayonun Düzqışlaq kənd sakini Şamxal Həmidovun avtomobilləri üz-üzə gəlib. Yolun ensiz olması səbəbindən onlardan biri digərinə güzəştə getməli olsa da, tərəflər arasında mübahisə başlayıb. Bu zaman B.Bukvadze ilə digər avtomobildəki sərnişin Orxan Əlizadə arasında münaqişə yaranıb. Münaqişə zəminində sürücü hərbi qulluqçu olan Orxana zərbə endirib. Yerə yıxılan Orxanın başı qaz borusuna dəyib və ağır xəsarət alıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ