Azərbaycanla Ermənistan arasında Moskva dialoqu dayandırılıb

Regional infrastrukturların bloklanması üzrə komissiya çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin növbəti görüşünün keçirilməsi ilə bağlı razılıq yoxdur.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə deyib ki, “bəzi məsələlər işçi təmaslar səviyyəsində müzakirə olunur, lakin iş üçün müvafiq fon lazımdır”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan, Aleksey Overçukun sonuncu görüşü bu ilin iyununda Moskvada keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ