Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub.
“Report” xəbər verir ki, aparat əsasən müasir kartoqrafik həllər təqdim edən ABŞ şirkəti “Micro Aerial Projects” tərəfindən hazırlanıb.
İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir.