Kreml Ərdoğan və Putinin görüşünün tarixini və yerini açıqlayıb

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında danışıqlar bazar ertəsi, sentyabrın 4-də Soçidə keçiriləcək.

Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Daha əvvəl, “Bloomberg”  Türkiyə prezidentinin Rusiyada Putinlə görüşmək planları barədə məlumat verib. Agentliyin xəbərinə görə, danışıqların mövzularından biri taxıl müqaviləsinin bərpası olmalıdır.

Ərdoğan sövdələşmənin “genişlənmiş” formatda bərpasına yardım etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Qərb ölkələri bu razılaşmanın Rusiya və Ukrayna arasında sülh sazişlərinin əsasına çevrilməsinə kömək etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ