“WOLT”un çatdırdığı məhsul istifadəyə yararsız çıxdı - Foto

Bloqer Samirə Əliyeva (Qurman) instaqram hesabında etdiyi paylaşımda “WOLT”un çatdırdığı məhsulun istifadəyə yararsız olduğunu iddia edib.

Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaş şəxsi instaqram hesabında paylaşım edib.

Onun sözlərinə görə, onlayn çatdırılma şirkəti olan “WOLT”un “endirimlər” bölməsindən iki salat sifariş verib, lakin salat ünvana çatanda istifadəyə yararsız halda olub.

Bu barədə şirkətə şikayət edən şəxs qarşılığında “biz həmin kateqoriyaya görə məsuliyyət daşımırıq” cavabını alıb.

Qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov isə bildirir ki, belə şirkətlər yalnız sifarişin çatdırılmasına cavabdehdir. Əgər qidada bir problem varsa, buna birbaşa məhsulu göndərən ictimai iaşə obyektləri məsuliyyət daşıyır.

“Son zamanlar bəzi müəssisələrdə qida məhsullarının düzgün saxlanılmadığını müşahidə edirik. Bəzi qidalar var ki, onların saxlanma qaydaları fərqlidir. Əgər bir sahibkar çatdırılma ilə məşğul olursa, öncəliklə məhsulun nə qədər məsafə qət edəcəyini, yolun tıxac ola biləcəyini nəzərə almalı və bu kimi mövzulara diqqət etməlidir. Çatdırılma şirkətlərinin üzərinə düşən öhdəlik isə ictimai iaşə obyektindən bir neçə dəfə şikayət gəldikdə, həmin obyektlə birgə fəaliyyətini dayandırmaqdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ