“Fransa Bakının da mövqeyini nəzərə almalıdır”

“Fransa vasitəçilik səyləri çərçivəsində münaqişə tərəflərindən hər ikisinin - həm Ermənistan, həm də Azərbaycanın mövqeyini nəzərə almalıdır”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Moskva Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylərinə əks olmayan, onları təkrarlamayan və pozmayan istənilən təşəbbüsləri alqışlayır. 

Zaxarova qeyd edib ki, hər iki tərəfin mövqeyini nəzərə almadan vəziyyətdə irəliləyişə ümid etməyə dəyməz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ