“Vaqner” ÖHŞ-nin rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkin avqustun 23-də Tver vilayətində Embraer-135 (EBM-135BJ) təyyarəsinin qəzaya uğramasından xeyli əvvəl ölüblər, onların cəsədləri təyyarədə daşınıb.
Belə bir idianı keçmiş DTK və Xarici Kəşfiyyat Xidməti əməkdaşı Sergey Jirnov səsləndirib.
“Təyyarədə sadəcə onların cəsədləri daşınırdı. Çünki “vaqnerçilərin” çevrilişindən üç həftə sonra dedim ki, çox qəribə şeylər baş verir: Priqojin yoxa çıxıb, bu ona oxşamırdı, Priqojin hər yerdə aşağılanırdı və bu qəribə idi, çünki onu bağışlamışdılar. Məndə elə təəssürat yarandı ki, o, çoxdan həbs olunub, ya da öldürülüb.
Onda niyə bu barədə demədilər, niyə susdular? Fakt budur ki, “vaqnerçilər” həmin zaman “silahlanmışdılar”, ağır texnikaya sahib idilər, Putin ikinci dəfə tankların, zirehli transportyorlarnı, topların, “qradların” Moskvaya gedəcəklərindən qorxurdu.
Mənim versiyama görə, Priqojin əvvəlcə həbs olundu, bir neçə gün işgəncəyə məruz qaldı, bütün parollar, giriş kodları, ləqəblər, pasportlar, hesablar əlindən alındı. Putin ona pulları qaytarmağı əmr etdi. Axı Priqojinin pulu yox idi, bu sadəcə Putinin ümumi fondundan pullar idi.
Hamısını (Priqojin və Utkin) öldürülüb soyuducuya qoydular. Priqojin iyunun sonunda öldürülüb”, - Jirnov bildirib.