Məhəmməd Əlinin nəvəsi peşəkar karyerasında ilk dəfə məğlub olub

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi peşəkar karyerasında ilk məğlubiyyətini alıb.

Hazırda 23 yaşı olan Niko Ali Uolş Talsa şəhərində (ABŞ-ın Oklahoma ştatı) 35 yaşlı həmyerlisi Sone Akale ilə qarşılaşıb. İdmançılar orta çəki dərəcəsində altı raund mübarizə aparıblar.

Nəticələrə əsasən, hakimlər 58:56, 58:56, 57:57 hesabı ilə Akalenin qələbəsini tanıyıblar.

Bu Məhəmməd Əlinin nəvəsinin peşəkar karyerasında ilk məğlubiyyəti idi. Əli Uolş on döyüşdə səkkiz qələbə qazanıb (beşini nokautla), onlardan biri etibarsız sayılıb. 2021-ci ildə boksçu ilk döyüşü üçün rinqə babasının şortu ilə çıxıb. Rəqibi Cordan Uiksi bir dəqiqə yarıma nakauta salıb.

Boks əfsanəsi

Məhəmməd Əli (əsl adı Cassius Marcelius Clay Jr.) tarixin ən məşhur peşəkar boksçularından biridir. 1960-cı il Olimpiya Oyunlarının çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), altı dəfə “İlin boksçusu” və “Onilliyin boksçusu” titulunun qalibidir.

Məhəmməd Əli 2016-cı ildə 74 yaşında dünyasını dəyişib. Ömrünün son onilliklərində Parkinson xəstəliyi ilə mübarizə apardığı məlumdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ