Azərbaycan vətəndaşlarının olduğu gəmi batma təhlükəsi ilə üzləşib

Azərbaycan vətəndaşlarının da olduğu gəmi Rumıniya sahillərində az qala batma təhlükəsi ilə üzləşsə də, lakin kapitan köməkdən imtina edib.

Tanzaniya bayrağı altında üzən “AMANOS” yük gəmisi dünən Rumıniyanın Manqaliya şəhəri yaxınlığında SOS siqnalı verib.

Gəminin ekipajı Sahil Mühafizəsinə gəminin burun hissəsin zədələndiyini bildirib. 

Lakin xilasedicilər hadisə yerinə gəldikdə “AMANOS”un kapitanı onları gəmiyə buraxmayıb və ekipajın özünün yaranan problemi aradan qaldıracağını bildirib.

Daha sonra gəmi Bolqarıstan suları istiqamətində üzməyə başlayıb. 

Gəminin hansı yükü daşındığı məlum deyil. Bəzi məlumatlara görə, ekipaj üzvləri arasında 6 Azərbaycan və 2 Türkiyə vətəndaşı var.

“AMANOS” avqustun 14-də Ukraynanın Odessa vilayətindəki İzmail limanını tərk edib, medianın məlumatına görə, son təyinat yeri göstərilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ