İlk xanım maşinist qatarı idarə edərkən telefonla danışdı, işdən çıxarıldı

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.

G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ