Ukrayna daha bir yaşayış məntəqəsini işğaldan azad etdi

Ukrayna Silahlı Qüvvələri (AFU) Rabotino yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi bəyanatında deyilir.

“Hücum əməliyyatlarını davam etdiririk. Bilirsiniz ki, Rabotino yaşayış məntəqəsini azad etmişik. Qoşunlarımız artıq Rabotinodan cənub-şərqə və Malaya Tokmaçkanın cənubuna doğru irəliləyir”, - deyə Ukrayna mediası müdafiə nazirinin müavini Anna Malyarın bəyanatından sitat gətirir.

Malyar bildirib ki, Ukrayna qoşunları Novodanilovka-Novoprokopovka və Malaya Tokmaçka-Oçeretovatoye istiqamətləri üzrə daha da irəliləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ