Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının yeni komandanı general-mayor Kirill Denisoviç Kulakov təyin olunacaq.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
O, 20 iyul 1969-cu ildə anadan olub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 2014-2017-ci illərdəki fəaliyyətinə görə "Qırmızı Bayraq" ordeni alıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlı qoşunlarının komandanı, general-polkovnik Aleksandr Lentsovun Qarabağı tərk etdiyi bildirilirdi.