Polisin futbol zamanı meydana girən azarkeşi vurması iddiasına - DİN-dən cavab

Sosial şəbəkələrdə polis əməkdaşının "Qarabağ" - "Kəpəz" matçından sonra meydana girən yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı məlumatlar yayılıb.

Məlum hadisə ilə bağlı futbolçularla polislər arasında mübahisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən iddialar araşdırılıb.

Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib:

“İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ