Kadırov Priqojinin ölümündən yazdı: “Bu böyük itkidir”

Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Kadırov Priqojini “milli miqyasda vacib bir şəxs” adlandırıb, lakin qeyd edib ki, son vaxtlar ÖHŞ rəhbəri “ölkədə baş verənlərin tam mənzərəsini ya görməyib, ya da görmək istəməyib” və “şəxsi ambisiyalarını” “dövlətdən”ub.

“Digər məsələləri sonra da həll etmək olardı. Lakin Priqojin öz dəmir xarakteri ilə məqsədinə elə burada və indi çatmaq istəyirdi. Şübhəsiz ki, onun müharibəyə böyük töhfəsi var. Və bu ləyaqəti onun əlindən almaq olmaz. Onun ölümü bütün dövlət üçün böyük itkidir”, – Kadırov “Telegram” kanalında yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ