Türkiyə Mərkəzi Bankının (TCMB) Pul komitəsi növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı (bir həftəlik repo faizi) qərarını açıqlayıb.
TCMB uçot faiz dərəcəsini 17.5%-dən 25%-ə qədər qaldırıb.
Qeyd edək ki, TCMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında uçot dərəcəsini 15%-dən 17.5 %-ə kimi artırmışdı.