Xocalıda traktor minaya düşdü

Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ