Priqojinin olduğu təyyarə qəzaya uğradı - video

Rusiyanın Tver vilayətində “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olan təyyarə qəzaya uğrayıb. Təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Bu axşam Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var”, - Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında qeyd olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ