Paşinyan dediyindən dönmür: Qarabağın iştirakı olmadan danışıqlar olmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkəkdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar xüsusi bəyanatla çıxış edib. 

Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir ki, Paşinyan keçən dövr ərzində atəkəsin sülhə çevrilməməsinə təəssüf etdiyini billdirib.

Lakin bununla birgə Ermənistan hökumətinin başçısı özünün yeni məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. N.Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilmıəsi ilə bağlı təşəbbüsünün rədd edilməsi barədə ATƏT-in Minsk qrupunun son bəyanatına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan prezidenti İ.Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri yenə özünün inadkar mövqeyini ortaya qoyub. 

“Ərtaflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, Artsax (Dağlıq Qarabağ), nəhayət, onun statusunun müəyyənləşdiriləcəyi və orada yaşayan insanların təhlükəsizliyinə zəmanətin təsbit ediləcəyi prosesə cəlb olunacaq”, - N.Paşinyanın bəyanatında belə deyilir.

“Əminik ki, üçtərəfli saziş uzunmüddətli sülhün və əməkdaşlığın qurulmasının mümkün olduğu hüquqi bazadır”, - o qeyd edib.

Paşinyan vurğulayıb ki, Ermənistanın baş naziri olaraq, o, zəmanət verməyə hazırdır ki, Ermənistan atəşkəs haqqında sazişə əməl edəcək və Dağlıq Qarabağın təhükəsiliyinin qarantı olmaqda davam edərək, probemin həll olunması və regionda sülhün bərqərar olması üçün səylərini əsirgəməyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ