Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun üçüncülük qarşılaşmasında ilk oyunu qələbə ilə başa vurub.
ABŞ-li Fabiano Karuana ilə üz-üzə gələn qrosmeyster ağ fiqurlarla qalib gəlib. O, 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, tərəflər sabah ikinci oyunda üz-üzə gələcəklər. Dünya Kubokunda üçüncü olmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.