Bakıda gəmi partlayışında xəsarət alanlardan biri Fransada öldü

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi Saipem şirkəti tərəfindən mayın 11-də təşkil olunub.

Buta.media xəbər verir ki, bu barədə məlumat "Saipem" şirkətindən verilib. Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

"Saipem" şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib.

Saipem şirkəti, həmçinin bildirir ki, digər əməkdaşın həyatına heç bir təhlükəsi yoxdur. (Trend)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ