Rəsmi London: Bakıda qərb barlarının yaxınlığında qarət halları baş verir

Mayın 29-da Azərbaycan paytaxtında Avropa Liqasının final matçı keçiriləcək. Həlledici qarşılaşmada İngiltərə Premyer-liqasının iki komandası - “Çelsi” və “Arsenal” üz-üzə gələcəkər. Bu səbəbdən, minlərlə britaniyalı azarkeşin həmin gün Bakıya – oyunu izləməyə gələcəkləri gözlənilir.

Final matçı ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi rəsmi xəbərdarlıq dərc edib. 

Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, Britaniya hökuməti Bakıda mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xatırlatma mətni təqdim edib.

“Bakıda cinayətkarlığın səviyyəsi ümumilikdə aşağıdır. Lakin zaman-zaman günün qaranlıq vaxtlarında qərb bar və klublarının, yaşayış binaarının pis işıqlandırılmıəş girişlərinin yaxınlığında qarət halları baş verir”.

“Düşünülmüş ehtiyat tədbirləri görün, diqqətli olun, özünüzlə böyük məbləğdə pul gəzdirməyin və gecələr tək gəzməyin”.

“Çalışın ki, özəl sürücü, yaxud şirkət və ya məşhur taksi firması sizi otelinizə və ya qaldığınız evə mümkün qədər yaxın yerdə düşürsün”.

“Siz cinayət hadisəsi barədə istənilən yerli polis məntəqəsinə, yaxud 102 nömrəsi ilə polisə zəng edərək məlumat verə bilərsiniz. Telefona ingilis dilini bilən insanlar cavab verir, lakin polis məntəqəsində cinayət haqqında məlumat vermək üçün özünüzlə tərcümə edə biləcək birini aparın”. “Başa düşmədiyiniz sənədləri imzalamayın”, - deyə məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ