Müğənniləri otellərə aparırlar - Canlı efirdə açıqlama

"Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır. Elə oxumaq olur? Nə geyimini, nə danışığını, nə oturuşunu bilir. Onu müğənni hesab edirsiz? Sabahdan mən müğənniliyi atıram onda".

Buta.media Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zeynəb Dostəliyeva "Bizimləsən" verilişində deyib. 

İfaçı sənətə yeni gələn müğənniləri tənqid edib:

"İndi siz müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız. Biz o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi.
 
Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki... O pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ