“Azərbaycanda “WhatsApp” hesabları bağlanır?”

“Azərbaycanda “WhatsApp” hesabları bağlanıb”.

Bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanda kütləvi şəkildə “WhatsApp” hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İkimərhələli təsdiqləmə işləmir. Hazırda problemin təkcə Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. “WhatsApp” ilə əlaqədəyik, lakin normal açıqlama vermirlər. Nə isə baş verir. Təcili məsələ araşdırılmalıdır. Kimlər bu problemlə üzləşiblər?” - deyə F.Pərdəşünas qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ