Ermənistanın növbəti təxribatının qarşısı alındı

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Təxribatın qarşısının alınması məqsədilə  bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib”. – məlumatda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ