Xırdalanı zibil basıb - foto

Abşeron rayonu Xıradalan şəhərində küçələrdə günlərdi məişət tullantıları yığışdırlmır.

Bu barədə məlumatı sosial şəbəklərdə şəhər sakinləri paylaşıblar.

İqtisadçı-ekspert Samir Əliyev öz facebook səhifəsində bildirib ki, onların yaşadığı ərazidə də məişət tullantıları bir həftədəir yığılmır. 

"Xırdalanın mərkəzində, Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsinin həyətindən görünüş. Zibil bir həftədən çoxdur ki, yığılmır. Çünki zibi yığımı işinə Abşeron rayon İcra Hakimiyyətinin nəzdindəki Abad-Abşeron baxır. Kefləri nə vaxt istəyir o vaxt gəlirlər. Abşeron RİH  başçısının başı isə pul qazanmağa qarışıb. Heydər Əliyev parkında gündən-günə attraksionların və ictimai iaşə obyektlərinin sayı artır. Park faktiki olaraq insanların, xüsusilə də ahılların istirahət yerindən gənclərin qəlyan çəkmək üçün əyləncə mərkəzinə çevrilib. 
Abşeron İH zibil daşınmasını inhisara alıb, başqa şirkətləri bu sektora buraxmır, özləri isə kefləri nə vaxt istəsə o vaxt təmizlik işlərinə baxırlar. Zibilliyin bu hədə çatması xəstəlik mənbəyidir. Ümid edirəm Abşeron RİH başçısı cənab Abidin Fərzəliyev birbaşa öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq və öhdəliklərini yerinə yetirəcək".

Vətəndaşlar qeyd edirlər ki, Xıradalan 28-ci məhələdə, Xəzinə Palace, AAAF yaşayış kompleksində oxşar mənzərədir. Məişət tullantıları bir həftədir yığışdırmırlar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ