2018/2019 mövsümünün Azərbaycan Premyer Liqası başa çatıb.
Buta.media xəbər verir ki, gümüş medalçı “Neftçi” son oyunda ölkə çempionu “Qarabağ”ı qəbul edib.
Ağdam klubu cari mövsüm məğlub edə bilmədiyi rəqibinə 1:2 hesabı ilə uduzsa da, sonda 3:2 hesabı ilə qalib gəlib.
Çempionatın bombardiri isə Mahir Əmrəli (Mədətov) olub. O bu gün iki qol vurub və bununla da qollarının sayını 16-ya çatdırıb.
Oyundan sonra cari mövsümün medalçıları mükafatlandırılıb. “Qarabağ”a qızıl medallar və kubok verilib. “Neftçi” və “Səbail”ə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub.