Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakının Nərimanov rayonunda, "Köz dönər" kafesində kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır.
Buta.media xəbər verir ki, Real TV həmin kafedə olub görüntlər eldə edib.
Görüntülərə baxanda kafedə antisanitariya olduğu məlum olub.
Xatırladaq ki, Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənib. Onların universitet tələbələri olduğu bildirilir.