Dənizdə qızları xilas etmək istəyən oğlan boğuldu

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda gənc oğlan və yeniyetmə qız dənizdə boğulub.

“Qafqazinfo” xəbər verir ki, faciəvi şəkildə ölənlər 22 yaşlı Ramin Məmmədzadə və 15 yaşlı Aysu Qəhrəmanzadədir.

Məlumata görə, A.Qəhrəmanzadə ilə birgə 20 yaşlı xalası qızı Zeynəb Əliyeva da boğulmaq üzrə olub.

Həmin vaxt dənizdə olan Ramin Məmədzadə köməyə getsə də, yalnız Zeynəbi xilas edə bilib. R.Məmmədzadə və yeniyetmə Aysun boğularaq ölüblər.

R.Məmmədzadənin idmançı olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ