Bakı metrosunda həyacanlı anlar - İşıqlar sündü - SON DƏQİQƏ

“Bakı Metropoliteni”nin dörd stansiyası bir müddət işıqsız qalıb. 

Buta.media xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a məlumat verib. 

Onun sözlərinə görə, metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarının daxili işıqlanmasında problem yaranıb

“Problem iki dəqiqə davam edib. Problem aradan qaldırılıb. Qatarların hərəkətində heç bir məhdudiyyət yaranmayıb, stansiyaların işıqlandırılması qısa müddətdə bərpa olunub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ