Pərvin: Təhqirləriniz önəmsizdir - FOTO

"İldə 1 ayı müsəlman olan təmiz, saf, qeybətsiz, paxıllıq hissi olmayan gözəl millətim, başladız... Neçə gün idi şəkil qoymurdum, necə darıxmışdım fəsadlığınız üçün. Siz hələ də bu 8 ildə başa düşməmisiniz ki, mən sizə görə yox, istədiyim kimi yaşayıram".

Buta.media-nın məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqram səhifəsində yazıb. Yayımladığı açıq foto tənqid olunan Pərvin heç kimə əhəmiyyət vermədiyini yazıb. 

Təhqirlərin qarşısını almaq üçün şərh bölümünü bağlayan Pərvin açıq-saçıq fotolar yayımlamağa davam edəcəyini bildirib:

"Məni seçib izləyən sizsiniz. Ona görə də qəbul edəcəksiniz. Başqa yolunuz yoxdur. Ya siz məni belə qəbul edib sevəcəksiniz, ya da belə qəbul edib sevəcəksiniz. Sizin təhqir dolu "tənqidləriniz" mənim üçün o qədər önəmsizdir ki, ona görə də heç dəyişmirəm. Dəyişirəm, amma işimdə, böyüyürəm, güclənirəm. Çünki mən buyam. Siz üstümə gəldikcə, mən daha da böyüyürəm. İçinizdə sevgi bəsləyin, ancaq sevgi. Humanist olaq, camaat".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ