Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda partlayış olub.
İlkin məlumata görə, partlayış nəticəsində 10 nəfərin yaralandığı bildirilib. Bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntılar altında qalan yoxdur.
Derince bələdiyyə sədri Zeki Aygün partlayışın taxıl anbarında baş verdiyini bildirib.
O, sıxılmanın partlayışa səbəb olduğunu vurğulayaraq, hazırda yanğının olmadığını qeyd edib. Zeki Aygünün sözlərinə görə, xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb.