Avropa Liqası: “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

Ağdam klubu III təsnifat mərhələsində Finlandiya HIK-ini mübarizədən kənarlaşdırmağı bacarsa, qrupun bir addımlığında “Olimpiya” (Sloveniya) / “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ