Prezidentdən yeni icra başçısı - Təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev Ordubad Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. 

Sənədə əsasən, Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, Rəcəb Rəhimli daha əvvəl Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri işləyib. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 

Xatırladaq ki, Prezidentin sərəncamı ilə Ordubadın keçmiş icra başçısı Elşad Novruz oğlu Məmmədov bu ilin martında vəzifəsindən azad edilmişdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ