Krım yaxınlığında Rusiya tankeri vurulub - VİDEO

Kerç boğazı ərazisində pilotsuz qayıqlar hücumu nəticəsində Rusiya tankerinə ziyan dəyib, bu barədə Rusiya və Ukrayna Telegram kanalları məlumat yayıb. Söhbət Siq neft tankerindən gedir.

Partlayışdan sonra yarımadadan görünən tankerdə partlayış baş verib.

“Siq tankerinin vurulması ilə bağlı məlumat təsdiqlənib. Ekipaj sağdır, lakin mühərrik otağı su altında qalıb. Həmçinin hava hücumundan müdafiə sistemləri Krım körpüsü ərazisinə düşən ən azı bir pilotsuz təyyarəni vurub. İndi vəziyyət sabitləşib, lakin Qara dənizdə düşmən fəallığı qeyd olunur, ona görə də hücumlar yenidən başlaya bilər”, - deyə Rusiya hərbpərəst Teleqram kanalı Rybar bildirib.

Qeyd edək ki, Siq ABŞ sanksiyaları altında olduğu ilhaq edilmiş Krımdan Suriyaya aviasiya yanacağını çatdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ