Gürcüstan kurortunda faciə: Ölkədə matəm günü elan edildi - video

Gürcüstanın Şovi kurortunda sürüşmə nəticəsində 7 nəfər ölüb, orpaq altında qalan 30 nəfərin axtarışları davam edir.

Bunu Baş nazir İrakli Qaribaşvili bildirib.

Baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib.

İ.Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ