Cəmil Fərəcov vəfat etdi

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. O, 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib.

1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən kinorejissor 40-dan çox filmin rejissoru olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ