Məşhur şahmatçı Bakıda qaldığı hoteldən şikayətləndi - “Su gəlmir”

Yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldən şikayətlənib.

O, bu barədə öz tvitter hesabında paylaşım edib.

Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster dünya kuboku üçün paytaxtımızda məskunlaşdığı hoteldə su olmadığını bildirib:

“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.

İdmançı otelin adını qeyd etməsə də, əldə etdiyimiz məlumata görə, yaponiyalı şahmatçı “Baku Marriott Boulevard”da qalır.

Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ