Xırdalanda bir nəfər intihara cəhd edib.
Şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyib.
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
FHN-dən bildirilib ki, xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər. Aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.