Bakıda fahişə hind turistin başına oyun açdı

Bakıda Hindistandan olan turist fahişə qadından polisə şikayət edib.

Buta.media xəbər verir ki, bu barədə Oxu.Az-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, mayın 7-də “Crown Baku” hotelində yerləşən 29 yaşlı Hindistan vətəndaşı Hiteş Qoyal Rakeş Kumar mayın 9-da öz nömrəsinə qadın gətirib. Onlar bir müddət otaqda tək qalıblar.

Qonaq gedəndən sonra isə, əcnəbi cüzdanından min dollar pulun oğurlandığını görüb. 

Turist qeyd edib ki, qadının heç adını da bilmir.

Hazırda polis fakt üzrə araşdırma aparır, qadın axtarılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ