Rusiya düyü ixracına qadağa qoydu

Rusiya hökuməti 31 dekabr 2023-cü il tarixinədək düyü və düyü yarmasının ixracına müvəqqəti qadağa qoyub.

Müvafiq Qərarı Baş nazir Mixail Mişustin imzalayıb.

“Düyü və düyü yarması ixracı üçün bir sıra istisnalar mövcuddur. Qadağa bu məhsulların Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, eləcə də Abxaziya və Cənubi Osetiyaya çatdırılmasına şamil edilməyəcək. Bundan əlavə, düyü və düyü yarması humanitar yardım göstərmək üçün, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində xaricə göndərilə bilər”, - sənəddə deyilir.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ