Mahirin atası deyir oğlum fəraridir

Prodüser Anar Mədətov oğlu Mahirin şəxsiyyət vəsiqəsində soyadını və onun adını dəyişməsinə münasibət bildirib.

Buta.media xəbər verir ki, A. Mədətov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sənədləri dəyişmək mümkün olsa da, geni dəyişmək olmur:

“Bu barədə onun özü ilə əlaqə saxlayın. Adam əsgərlikdə ola-ola necə soyadını dəyişə bilər? Siz bir bununla maraqlanın. O, "Əmrəli" soyadını daşıyanın oğlu elə fəraridir. Bütün sənədləri dəyişmək olar, ancaq qanı, geni dəyişmək olmaz. Nə deyə bilərəm? Mən indi özüm uzaqdayam. Sadəcə təəssüflənirəm”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ