Mahir atasından və soyadından rəsmən imtina etdi - FOTO

“Qarabağ”ın və milli komandanın futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb.

Buta.media Axşam.az-a istinadən xəbər verir ki, futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı "Emreli", ata adı isə "Mahir" olaraq qeyd olunub.

Qeyd edək ki, Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır. Belə ki, futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ