Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam olunub

Sinqapurda 20 ildən sonra ilk dəfə olaraq, narkotik alverində təqsirli bilinən qadın edam edilib. Bu barədə Mərkəzi Narkotiklərlə Mübarizə Bürosu öz saytında məlumat yayıb.

45 yaşlı Saridevi Camani 2018-ci ildə 30,72 qram heroini satdığı üçün ölüm cəzasına məhkum edilib. Məhkəmələr qadının apellyasiya şikayətini ardıcıl olaraq rədd ediblər, prezident də onu əfv etməkdən imtina edib və hökm 28 iyul 2023-cü ildə icra olunub.

Sinqapurda 15 qram və ya daha çox heroini satarkən tutulan bütün narkotik satıcılarına asılmaqla ölüm cəzası verilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ