İcra başçısının qardaşı qətlə yetirilib - oğlu saxlanıldı

Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis cinayətin üstünü açıb.

Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ